Biləsuvarda 25 ədəd partlamamış hərbi sursat tapılıb


Digərləri 03 Sen 2018 20:55:00 261 0

Biləsuvarda 25 ədəd partlamamış hərbi sursat tapılıb

Biləsuvar rayonunda 25 ədəd partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Report-a verilən məlumata görə, sentyabrın 1-i saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar