Pakistan parlamenti sabah ölkənin yeni prezidentini seçəcək


Dünya 03 Sen 2018 20:20:00 267 0

Pakistan parlamenti sabah ölkənin yeni prezidentini seçəcək

Sentyabrın 4-də Pakistanda prezident seçkiləri keçiriləcək. Seçkilər yerli vaxtla saat 10:00-da ölkə parlamentinin aşağı və yuxarı palatalarında, həmçinin 4 əyalət məclisində eyni vaxtda başlayacaq və yerli vaxtla saat 16:00-da sona çatacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, prezident seçkilərində iqtidar və müxalifət partiyalarından üç namizəd mübarizə aparır. Hakim Pakistan Ədalət Hərəkatı Partiyasının seçkilərdəki namizədi bu siyasi təşkilatın qurucularından biri və parlamentin aşağı palatasının üzvü Arif Alvindir. Əvvəlcə seçkilərə ortaq namizədlə qatılmaq barədə razılıq əldə edən müxalifət partiyalarında sonradan fikir ayrılığı yaranıb. Pakistan Xalq Partiyası prezident postuna Aitizaz Ahsanın, müxalifətdə yer alan digər partiyalar isə beş partiyanın seçki ittifaqı olan Birləşmiş Aksiya Hərəkatının lideri Mevlana Fazlurrahmanın namizədliyini irəli sürüb.

Ölkədə ümumilikdə 706 üzvünün olduğu 6 parlamentdə keçiriləcək seçkilərdə minimum 236 səs yığan namizəd Pakistanın yeni prezidenti olacaq.