“Məclisdən xalqa xidmət məsələsinə sıx fəaliyyət gözləyirəm”


Dünya 03 Sen 2018 20:00:00 242 0

“Məclisdən xalqa xidmət məsələsinə sıx fəaliyyət gözləyirəm”

İraqda mayın 12-də keçirilən seçkilərdən sonra Parlamentdə ilk iclas keçirilib.

Məclisin açılış nitqini prezident Fuad Məsum edib. O, qanunvericilik, icra və məhkəmə orqanları arasında əməkdaşlığın və hörmətin vacibliyini əsas gətirərək, yeni Məclisdən xalqa xidmət məsələsinə sıx fəaliyyət gözlədiyini bildirib.

Baş nazir Heydər Əl-İbadi də parlamentə çıxış edərək, yeni hökumətin ictimai xidmətlərin təmin edilməsi üçün çalışması lazım olduğunu vurğulayıb. Önümüzdəki dövrün, iqtisadi islahat və təhlükəsizliyə doğru irəliləyişlər dövrü olacağını qeyd edib.