"Ümidlər puç olanda..." İzzət


Şou-biznes 03 Sen 2018 19:04:00 405 0

"Ümidlər puç olanda..."  İzzət

Müğənni İzzət Bağırovun bir ildir üzərində çalışdığı filmi artıq başa çatıb.

Son.az xəbər verir ki, axşam.az-a açıqlama verən ifaçı bildirib ki, ekran işi oktyabrın 11-də təqdim olunacaq:

"Ssenarini tək özüm yazmışam. Hər aktyoru düşünüb, onlara uyğun obrazlar yaratmışam. "Ümidlər puç olanda" adlı filmimin prodüseri də, baş rol ifaçısı da özüməm. Rejissorluğunu Samir Qulamov edib. Maddi baxımdan da ancaq özüm etdim hər şeyi. Bəzi dostlar dəstək oldu. O da hansısa məkan lazım olanda, orada çəkiliş edən zaman. Filmə ümidlərim böyükdür. İnanıram ki, bəyəniləcək. "Ayrılıq" filmimi çəkəndə kinoteatrlar yox idi. Efirlərdə yayımlandı, sevildi. Bu dəfə isə kinoteatrlarda nümayiş olunacaq. Hər zaman tamaşaçı qarşısına böyük layihələrlə çıxmağı sevmişəm. Konsertlər vermişəm, film çəkmişəm. Bu dəfə də "Ümidlər puç olanda" ilə sevənlərimin görüşünə gələcəm".


Xəbərə aid foto