Azərbaycanda 300-dən çox qadın “Uğurlu qadın, uğurlu gələcək” layihəsində iştirak edib


Digərləri 03 Sen 2018 19:01:00 283 0

Azərbaycanda 300-dən çox qadın “Uğurlu qadın, uğurlu gələcək” layihəsində iştirak edib

Qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün həyata keçirdikləri “Uğurlu qadın, uğurlu gələcək” layihəsi başa çatıb.

Bakı. “Coca-Cola” Fondu, “ASAN könüllüləri” və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Azərbaycan bölgələrində qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün həyata keçirdikləri “Uğurlu qadın, uğurlu gələcək” layihəsi başa çatıb. Trend-in məlumatına görə, layihənin məqsədi – bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, turizm sahəsində dövlət siyasətinə və bu sektorda biznes təşəbbüslərinə dəstək olmaqdır. “Coca-Cola” Fondunun dəstəklədiyi və “ASAN könüllüləri” təşkilatının həyata keçirdiyi layihə Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə və Masallı şəhərləri və ətraf bölgələri əhatə edib. Hər təlimdə 120-dən artıq qadın iştirak edib. Təlimlər turizmin əsasları, turizm idarəçiliyi, müştəri xidməti, turizm və gigiyena kimi bir sıra önəmli mövzunu əhatə edib. Layihənin təlimçiləri türkiyəli mütəxəssislər İşıl Keskin Şahan, Soner Şahan və Azərbaycan Turizm və Menecment Universitetinin müəllim heyəti olub.