ABŞdan Fələstinə konfederasiya təklifi


Dünya 03 Sen 2018 18:56:00 245 0

ABŞdan Fələstinə konfederasiya təklifi

ABŞ rəsmiləri tərəfindən Fələstinin dövlət başçısı Mahmud Abbasa təqdim olunan İordaniya ilə konfederasiya qurulması təklifi müzakirə edilir.

Fələstin Dövlət Aparatı İordaniya ilə konfederasiya məsələsi ilə bağlı iki xalqın qərar verəcəyini bildirib.

Son.az bildirir ki, xəbəri Fələstin xəbər agentliyi WAFA yayıb.

Fələstin Dövlət Aparatının sözçüsü Nəbil Əbu Rudeynə məsələ ilə bağlı verdiyi açıqlamada İordaniya ilə konfederasiya ideyasının 1984-cü ildən bu yana Fələstin rəhbərliyinin gündəmində olduğunu və Ramallahın o gündən etibarən İordaniya ilə mövcud olan xüsusi münasibətinin əsasını iki dövlətli həllin təşkil etdiyini vurğuladığını qeyd etdi.

İsrailin "Haaretz" qəzetində dərc olunan xəbərə görə, Fələstinin dövlət başçısı Mahmud Abbas Ramallahda "Peace Now" adlı qeyri-hökumət təşkilatı ilə görüşündə ABŞ prezidenti Donald Trumpın kürəkəni və müşaviri Jared Kushner və beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Jason Greenblattın ona İordaniya ilə konfederasiya qurmağı təklif etdiklərini söyləyib.