Bakıda avtobus sürücüsü sükan arxasında yatdı,


Digərləri 03 Sen 2018 18:48:00 211 0

Bakıda avtobus sürücüsü sükan arxasında yatdı,

Bakıda avtobusda sərnişinlər təhlükəli anlar yaşayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, buna səbəb 39 nömrəli avtobusun sürücüsünün özünü qəribə aparçası olub. Sərnişinlərdən biri isə həmin anları videoya çəkib.

Belə ki, görüntülərdən göründyü kimi, sürücü sanki sükan arxasında yataraq avtobusu idarə edir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məsələyə aydınlıq gətirib. M.Ağayev bildirib ki, sözügedən avtobusun sürücüsü sükan arxasında yuxulayıb:

"39 nömrəli müntəzəm marşrut xəttində sürücünün sükan arxasında yuxulaması ilə bağlı videogörüntü BNA tərəfindən nəzarətə götürülərək araşdırılıb. Daşıyıcı agentliyə çağırılıb və bu cür xoşagəlməz halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib.

Bildirilib ki, bundan sonra fəaliyyətində sərnişindaşıma tələblərinə uyğun olmayan hal olacağı təqdirdə daşıyıcı ilə marşrut xəttinin istismarına dair bağlanan müqavilələr ləvğ ediləcək".