Vanda 145 mühacir yaxalandı


Dünya 03 Sen 2018 18:36:00 209 0

Vanda 145 mühacir yaxalandı

Türkiyənin Van vilayətinin Muradiyə rayonunda qanunsuz yollardan ölkəyə girdiyi müəyyən edilən 145 mühacir yaxalanıb.

Rayon Jandarm Komandirliyi heyəti yoldakı yoxlamalar zamanı 5 maşını saxlayıb, maşınlarda 17-si qadın, 19-u uşaq, nizamsız 145 mühacir yaxalanıb.

Saxlanılan 145 mühacir rəsmi işlərin görülməsi məqsədilə Vilayət Köç İdarəsi Müdiriyinə göndərilib.