Dənizə çıxan fələstinlilər atəşə tutuldu


Dünya 03 Sen 2018 18:28:00 227 0

Dənizə çıxan fələstinlilər atəşə tutuldu

Qəzza blokadasını qırmaq məqsədilə 50 qayıqla dənizə çıxan fələstinli nümayişçilərə İsrail Dəniz Qüvvələri silahla müdaxilə edib. 

Bölgədəki hadisə şahidlərindən alınan məlumata əsasən, İsrail Dəniz Qüvvələri Qəzza blokadasının aradan qaldırılması tələbilə Qəzzadan İsrail dəniz sərhədinə yönələn qayıqlara atəş açıb.

Müdaxilə zamanı çimərlikdə olan bir Fələstinli gənc, İsrail əsgərlərinin gülləsi ilə yaralanıb. Onun vəziyyəti haqqında məlumat verilməyib.