Cüdo üzrə Rusiya millisi Bakıya iki Olimpiya çempionu ilə gəlir


Digərləri 03 Sen 2018 18:22:00 267 0

Cüdo üzrə Rusiya millisi Bakıya iki Olimpiya çempionu ilə gəlir

Cüdo üzrə Rusiya millisinin Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Bakı. Cüdo üzrə Rusiya millisinin Bakıda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb. Trend-in məlumatına görə, Rusiya Cüdo Federasiyasının rəsmi saytı xəbər verir ki, baş məşqçi Etsio Qamba fərdi yarışlarda 9 kişi və eyni sayda qadın idmançıya güvənəcək. Qarışıq komanda yarışları üçün isə heyətə 11 nəfər cəlb olunub. Bakıya gələcək cüdoçular arasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibləri - Beslan Mudranovla Həsən Xalmurzayev və bürünc medalçı Nataliya Kuzyutina da var. Kişilər: Beslan Mudranov (60 kq). 32 yaşlı cüdoçu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısıdır. O, “Bakı 2015” I Avropa Oyunlarında qızıl medal qazanıb. Robert Mşvidobadze (60 kq). 29 yaşlı idmançı ötən il Polşanın paytaxtı Varşavada keçirilmiş Avropa çempionatının və Qran Prinin qalibidir. Mixail Pulyayev (66 kq). 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatıda gümüş medal qazanan 31 yaşlı idmançı 2014 və 2015-ci illərdə də analoji uğura imza atıb. O, “Bakı 2015” I Avropa Oyunlarının və Avropa çempionatının bürünc mükafatçısıdır. Həsən Xalmurzayev (81 kq). 25 yaşlı cüdoçu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi və Avropa çempionudur. O, ötənilki dünya çempionatında bürünc medal qazanmaqla yanaşı, 3 dəfə Avropa Kubokunda birinci yeri tutub. Aslan Lappinaqov (81 kq). 25 yaşlı idmançı iki dəfə Avropa çempionatının bürünc medalını qazanıb. O, "Böyük Dəbilqə"nin və Qran Prinin qalibi olub. Husen Xalmurzayev (90 kq). Avropa çempionatının ikiqat bürünc mükafatçısı olan 25 yaşlı idmançı Qran Prilərdə 3 dəfə birinci yeri tutub. Mixail İqolnikov (90 kq). 22 yaşlı cüdoçu bu il İsrailin paytaxtı Təl-Əvivdə keçirilmiş Avropa çempionatının qalibi olub. O, həmçinin “Böyük Dəbilqə” və Qran Prinin qalibidir. Kiril Denisov (100 kq). “Bakı 2015” I Avropa Oyunlarının qalibi olan 30 yaşlı cüdoçu dünya çempionatlarında 3 bürünc, 2 gümüş medal qazanıb. O, ikiqat Avropa çempionudur. Niyaz İlyasov (100 kq). 25 yaşlı idmançı “Böyük Dəbilqə” və Qran Prinin qalibidir.