Polşa Almaniyadan pul tələb edir


Dünya 03 Sen 2018 18:16:00 236 0

Polşa Almaniyadan pul tələb edir

Polşa İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının işğalı nəticəsində beş milyon vətəndaşının öldüyünü və ölkəyə 54 milyard dollar dəyərində zərər vurulduğunu bildirir.

Ölkə hökumətinin Almaniyanın vurduğu zərərin ödəməsi istəyini elan etməsindən sonra parlament komissiyası vurulan zərərin ümumi rəqəmlərini ictimailəşdirib.

Polşa müharibədən sonra onilliklər ərzində Sovet dominantlığı altında yaşayıb və müstəqil şəkildə zərərin qarşılığının ödənilməsi tələbi irəli sürmək imkanından məhrum olub. Buna baxmayaraq, Almaniya hökuməti nasistlərərin zülmündən sonra sağ qalan polşalılara ödənişlər etməyi davam edir.