İraq parlamentində ən böyük koalisiya yaradıldı


Dünya 03 Sen 2018 18:04:00 228 0

İraq parlamentində ən böyük koalisiya yaradıldı

İraqda seçkilərin qalibi Muktəda əs-Sədr, baş nazir Heydər əl-İbadi, şiə liderlərdən Ammar əl-Həkim, sabiq baş nazir İyad Allavi və prezidentin köməkçisi Usamə Nuceyfi hökumətqurma işləri çərçivəsində ən böyük parlament koalisiyasını yaratdılar.

Siyasi partiyaların verdikləri açıqlamada koalisiyanın tərkibində Sairin, Nəsr, Milli Hikmət, Vətəniyyə, Qərar koalisiyası ilə yanaşı, İraq Türkmən Cəbhəsinin və Kərkük ərəb millət vəkillərinin olduğu bildirilir.