Azərbaycana gələn əcnəbilərdən rekord


Digərləri 03 Sen 2018 17:52:00 195 0

Azərbaycana gələn əcnəbilərdən rekord

İyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 126 milyon manat təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 32 faiz artıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. O bildirib ki, yeddi ayda Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.