Polis deyilən evə girəndə ŞOK OLDU


Dünya 03 Sen 2018 17:40:00 330 0

Polis deyilən evə girəndə ŞOK OLDU

Türkiyənin Mersin vilayətində sakinlərin məlumatı əsasında bir evə gedən polislər, bir ailənin 3-ü uşaq olmaqla 5 üzvünün cəsədi ilə qarşılaşıblar.

Son.az Haberler-ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları gəlib. Ətraf nəzarətə götürülüb, evdə istintaq aparılır.

İlkin araşdırma nəticəsində, tapança ilə vurulan 5 nəfərin - Mehmet Kaya, arvadı Zehra Kaya, uşaqları Onurcan, Esmanur və Rabia Kaya olduğu məlum olub.

Mehmet Kayanın, arvadı və uşaqlarını öldürdükdən sonra, həmin silahla özünü vurduğu ehtimalları artır.


Xəbərə aid fotolar