Qriqorçuk Ukraynanın ən titullu klubunu çalışdıra bilər


İdman 03 Sen 2018 17:50:00 327 0

Qriqorçuk Ukraynanın ən titullu klubunu çalışdıra bilər

Kiyev Dinamo-sunda baş məşqçi istefası gözlənilir. Goal.az xəbər verir ki, son turlardakı uğursuz oyunlar və komandanın Çempionlar Liqasından kənarda qalması belaruslu çalışdırıcı Aleksandr Xatskeviçin istefaya göndərilməsi ilə nəticələnə bilər.

Yerli mətbuat isə artıq 44 yaşlı mütəxəssisi əvəzləyə biləcək məşqçilərin adlarını açıqlayıb. Potensial çalışdırıcılar arasında "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun da adı var. Hazırda "Astana"ya başçılıq edən mütəxəssislə yanaşı, Andrey Şevçenko, Yuri Vernidub, Oleq Dulub və Leonid Kuçuk da Kiyev klubunun sükanı arxasına əsas namizədlərdən hesab olunur. Hazırda şəxsi işləri ilə bağlı "Astana"dan müvəqqəti olaraq ayrılan Qriqorçukun "Dinamo"dan təklif gələcəyi halda, bunu qəbul edə biləcəyi bildirilir.