Lənkəran-Lerik yolu yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 03 Sen 2018 17:32:29 249 0

Lənkəran-Lerik yolu yenidən qurulur (FOTO/VİDEO)

55 km uzunluğa malik Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

Bakı. 55 km uzunluğa malik Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yol yatağının karxana çınqılı ilə tikintisi işləri görülür. Bundan başqa yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi qrup qrunt daşınaraq yayılır və kipləşdirilir. Bunun ardınca yol əsasının layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılır. Frezlənmiş və torpaq işləri aparılmış ərazilərdə artıq asfaltlanmaya da start verilib. Həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənir. Bunun ardınca texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir.