Mətbuat Şurası əməkdaşının bıçaqlanması ilə bağlı Ramil Usubova müraciət ünvanladı


Digərləri 03 Sen 2018 17:24:00 246 0

Mətbuat Şurası əməkdaşının bıçaqlanması ilə bağlı Ramil Usubova müraciət ünvanladı

Azərbaycan Mətbuat Şurası mətbuat yayımı əməkdaşı Sakit Həsənova fiziki xəsarət yetirilməsi ilə bağlı Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.

Son.az bildirir ki, Şuradan Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, S.Həsənov 30 avqust 2018-ci il tarixdə gecə saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zərərçəkənin yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində qeydə alınıb. Nəticədə S.Həsənov döyülüb və ona soyuq silahla xəsarət yetirilib. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş S.Həsənovun vəziyyəti ağırdır.