Türkiyə nahatlığını ifadə etdi


Dünya 03 Sen 2018 17:30:00 198 0

Türkiyə nahatlığını ifadə etdi

Xarici İşlər Nazirliyi Liviyanın paytaxtı Tripolidə avqustun 27-də başlayan və artaraq xeyli sayda dinc vətəndaşın həlakına və yaralanmasına səbəb olan toqquşmalardan narahatlığını dilə gətirdi.

Son.az bildirir ki, nazirliyin açıqlamasında Liviyada bütün tərəflərin günahsız sivillərə zərər verən və BMT-nin rəhbərliyində davam etdirilən siyasi proresə zərər vermə təhlükəsi daşıyan addımlardan imtina edilməsinin əhəmiyyət daşıdığı vurğulanıb: "Türkiyə Tripolidə toqquşmaların dayandırılması; sakitlik və təhlükəsizliyin bərpasına dair cəhdlərə tam dəstək verir".