Səhvən 17 il həbsdə yatan məhkum


Dünya 03 Sen 2018 17:20:00 237 0

Səhvən 17 il həbsdə yatan məhkum

Amerikanın Kanzas ştatında silahlı oğruya oxşadığı üçün günahsız yerə 17 il həbsdə yatan şəxs, məhkəməyə müraciət edərək 1,1 milyon dollar təzminat istəyib.

Son.az xarici KİV-ə istinadən xəbər verir ki, Richard Jones adlı şəxs 1999-cu ildə baş vermiş silahlı soyğunçuluq hadisəsinə görə 19 il həbs edilib. O, hadisə zamanı ad günündə olduğunu bildirsə də, hadisə yerindəki şahidlərin ifadəsinə əsasən saxlanılıb.

Yalnız 17 ildən sonra təsadüf nəticəsində onun günahsız olduğu aşkarlanıb və sərbəst buraxılıb. Jones məhkəməyə müraciət edərək həyatına yeni başlanğıc etmək istədiyini, buna görə də günahsız yerə həbsdə yatdığı hər ilə görə 65 min dollar təzminat istəyib. Bu da toplam 1,1 milyon dollar edir.


Xəbərə aid foto