700 bal toplayan Bakıda qalmağa ev tapmır –


Digərləri 03 Sen 2018 17:04:00 246 0

700 bal toplayan Bakıda qalmağa ev tapmır –

Bu il tələbə adını qazananlar arasında Bakı, Sumqayıt sakinləri ilə yanaşı, regionlardan gələnlər çoxluq təşkil edir. Tələblərin bəziləri yataqxanalarda, bəziləri isə kirayə mənzillərdə yerləşir. Yüksək balla ali məktəbə qəbul olan tələbələrin çoxu regionlardan gəldiyindən onlar ev problemi ilə üzləşirlər. Bakıda mənzillərin kirayə qiymətlərinin bahalaşması tələbələrin işini çətinləşdirir.

Son.az xəbər verir ki, azvision.az 700 bal toplayan rekordçularla əlaqə saxlayaraq, onların harada qalacaqları ilə maraqlanıb.

ADA Universitetinin İqtisadiyyat fakültəsini seçən Xaçmaz rayon sakini Jalə Rəcəbova artıq kirayə ev tapıb: "Evi çoxdan tapmışdıq. Aylıq 300 manat kirayə haqqı verəcəyəm, həm də ev sahibəsi ilə birlikdən qalacağam".

Goranboy rayonu, Sarıkürd kənd orta məktəbinin məzunu Kənan Məhəmmədəli Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdıılması fakültəsində təhsilini davam etdirəcək. O, təhsil alacağı məktəbin yataqxanasında qalacaq.

"Yataqxana Qara Qarayevdədir, qalmaq ödənişsizdir. Lakin gələn il təzə yataqxanaya köçəcəyimizi və oranın ödənişli olacağını deyirlər". 

Lənkəran rayon, 4 saylı Humanitar Təmayüllü Məktəb-lisey məzunu Fəyyaz Aslanlı Tibb Universitetinin Müalicə işi fakültəsində təhsilini davam etdirəcək. O, harada qalacağını dəqiqləşdirməyib.