Rusiyalı politoloq: “Rusiyanın Qarabağ münaqişəsinə diqqət ayırması başqa vasitəçiləri də bu istiqamətdə səylər göstərməyə vadar edəcək” - ŞƏRH


Digərləri 03 Sen 2018 17:05:21 180 0

Rusiyalı politoloq: “Rusiyanın Qarabağ münaqişəsinə diqqət ayırması başqa vasitəçiləri də bu istiqamətdə səylər göstərməyə vadar edəcək” - ŞƏRH

“Danışıqlarda bu məsələyə yer ayırmaq həm Rusiyanın, həm də Azərbaycanın marağında olub”

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Moskva Bakı ilə tərəfdaşlıqmünasibətlərinə çox böyük önəm verir.Azərbaycan və Rusiya prezidentlərininmüxtəlif səviyələrdə görüşləriiki ölkə arasında dialoqun inkişafına böyük ehtiyac olmasından xəbər verir".

Bunu “Report”a Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısıVladimir Putin arasında sentyabrın 1-dəkeçirilmişSoçi görüşünü şərh edərkən ekspert Tofiq Abbasov bildirib.

“Həm Rusiya, həm də Azərbaycan Qafqaz – Xəzər regionunda daha sabit ab-havanın yaradılmasına real təsir göstərən mötəbər subyektlərdir. Biz hiss edirik ki, bu iki lider, bu iki dövlət müxtəlif risklərin və başqa problemlərin aradan qaldırılması üçün təkcə söz demir, həm də xeyli iş görürlər”, - deyə T.Abbasov vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, Rusiya Azərbaycanla tərəfdaşlıq münasibətlərinə çox yüksək dəyər verir: “Rusiya Azərbaycanın, sözün tam mənasında, praqmatik və adekvat siyasət yürüdən ölkə olduğunu dərk edir və buna görə də həmin əlaqələrə dəyər verir”.

Ekspertin dediyinə görə, görüş zamanı tərəflər təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də diqqət yetiriblər. Ekspertin fikrincə, Dağlıq Qarabağ probleminin əhəmiyyətini nəzərə almaqla həmin məsələ çözüm məcrasına yonəldilir: “Ermənistan münaqişənin həllinigecikdirir.Bu ölkətam flic vəziyyətindədir, xüsusilə də hazırda ölkədə tam bir dərəbəyliyin hökm sürdüyü şəraitdə daxili ziddiyyətlərin mövcud olduğusiyasi elita aciz haldadır. Bu gün rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konkret fikir söyləməyə cəsarət etmir. Bakı və Moskvanın isə ovqatına gəlincə, burada, təbii ki, həmin problemiaradan qaldırmağa səylər var”.

“Rusiya və Azərbaycan prezidentlərinin hazırkı danışıqları 2017-ci ilin iyul ayından ilk dəfədir ki, başqa mühüm tədbirlərlə əlaqəli şəkildə keçirilmir” – deyə Rusiyanın Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı təhlilçisi Mixail Neyjmakov “Report”a bildirib.

Onun fikrincə, çox güman ki, prezidentlər məhz indi görüşməklə öz danışıqlarını bu ilin18 sentyabrında Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyasınadək bitirmək istəyirlər:“Orada bəzi iştirakçılar Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla Cənubi Qafqazın problemlərini gündəmə gətirmək niyyətindədir”.

İki ölkə prezidentinin görüşü zamanı imzalanan sənədlərə toxunan ekspert qeyd edib ki, iqtisadi əməkdaşlığın vüsət alması heç də həmişə böyük siyasi yaxınlığa gətirib çıxarmasa da, sözsüz ki, siyasi əməkdaşlıq üçün əlavə dayaq nöqtəsinə çevrilə bilər:“Vladimir Putin Şimal – Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin Rusiya üçün xeyli maraq kəsb etdiyinəişarə vurdu. Belə ki, görüşün nəticələrinə dair V.Putinin bəyanatında bu məsələyə xüsusi bənd ayrıldı".

Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrə toxunan politoloqM.Neyjmakovmünaqişəyə dair beynəlxalq vasitəçilərin, adətən, payızda fəallaşdığını diqqətə çatdırıb:“Soçi danışıqlarının nəticələrinə dair iki dövlət başçısının açıqlamaları, əsasən, iqtisadi məsələlərə həsr olunsa da, prezident İlham Əliyev müzakirə olunan məsələlər arasında Dağlıq Qarabağ münaqişəsinin də olduğunu xüsusi vurğulayıb. Danışıqlarda bu məsələyə yer ayırmaq həm Rusiyanın, həm də Azərbaycanın marağında olub.Rusiyanın buproblemin həllinədiqqət ayırmasıbaşqa vasitəçiləri də bu istiqamətdə səylər göstərməyəvadar edəcək”.