Azərbaycanda ödəniş kartlarından istifadə qaydaları dəyişdi


Digərləri 03 Sen 2018 16:57:00 241 0

Azərbaycanda ödəniş kartlarından istifadə qaydaları dəyişdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"na dəyişiklik edib.

Son.az Report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı qurumun sədri Elman Rüstəmov imzalayıb.

Dəyişikliyə əsasən, yüklənə bilinməyən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 500 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan artıq və istifadə müddəti 2 ildən çox ola bilməz. İndiyə qədər bu məbləğ 150 manat olub. 

Bundan başqa, istifadəçisi eyniləşdirilməyən yüklənə bilən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 100 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan artıq, istifadə müddəti isə 5 ildən çox ola bilməz. İndiyə qədər bu məbləğ 50 manat olub.