5 gün əvvəl batdığı ehtimal edilən gənclərin axtarışı aparılır


Digərləri 03 Sen 2018 16:34:23 231 0

5 gün əvvəl batdığı ehtimal edilən gənclərin axtarışı aparılır

Mingəçevir su anbarında batdığı ehtimal olunan 24 yaşlı Kamil Hüseynov və Kürdə batdığı ehtimal edilən 20 yaşlı Elxan Quliyevin axtarışları davam edir.

Bakı. Mingəçevir su anbarında batdığı ehtimal olunan 24 yaşlı Kamil Hüseynov və Kürdə batdığı ehtimal edilən 20 yaşlı Elxan Quliyevin axtarışları davam edir. Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, avqustun 29-da Mingəçevir su anbarında (nəzarətsiz ərazi) batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun və Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları davam edir.