Azərbaycanlı dörd yaşlı ögey qızını vəhşicəsinə döydü


Kriminal 03 Sen 2018 15:42:00 268 0

Azərbaycanlı dörd yaşlı ögey qızını vəhşicəsinə döydü

Rusiya polisi dörd yaşlı qıza kəmər vasitəsilə 15 dəfə zərbə endirən insan cildindəki bədheybətin işi ilə bağlı aparılan istintaq eksperimentinin videosunu yayımlayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, 20 yaşlı Bəhram adlı şəxs onun tələbi ilə beşə qədər saya bilməyən qıza ağır bədən xəsarətləri yetirib. 

Fotoda başda, kürəkdə, sinədə, qarında və qızın əllərində olan xəsarətlər aşkar şəkildə görünür. 

Bəhram Krasnoyarsk polisi tərəfindən saxlanılıb və əməlini etiraf edib. 

Onun sözlərinə görə, kəmərə əl atmazdan əvvəl uşağı naqillə döyüb. 

Onun sevgilisi, qızın anası 31 yaşlı Mariya Belonoqova döyülməni görsə də, heç nə etməyib. 

O, bu mənzildə özündən 11 yaşlı kiçik sevgilisi, keçmiş həyat yoldaşı və daha bir nəfərlə birlikdə yaşayırmış. 

Mariyanın sözlərinə görə, o, Bəhrama mane olmağa qorxub.