"ABŞın siyasəti ÜTTnin gələcəyi üçün təhlükə yaradır"


Dünya 03 Sen 2018 15:35:00 213 0

"ABŞın siyasəti ÜTTnin gələcəyi üçün təhlükə yaradır"

ABŞ-ın hər kəsi və hər şeyi təftişə məruz qoymaq cəhdləri Dünya Ticarət Təşkilatının (ÜTT) gələcəyi üçün təhlükə törədir. 

Son.az report-a istinadən verdiyi xəbərə görə, bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"ABŞ-ın başçılıq etdiyi məhdud bir qrup ölkələr var ki, dialoq istəmir və diplomatiya əvəzinə ultimatum, hədə-qorxu, bir sözlə, təzyiq göstərməyə üstünlük verir. Biz bunu hər gün görürük. İranın nüvə proqramına dair müştərək əhatəli tədbirlər planından, Paris İqlim Sazişindən, Şimali Amerika Azad Ticarət Zonasına dair sazişdən tutmuş hər şeyi təftiş etməyə çalışırlar, amma hələlik sonadək bacarmayıblar. Artiq ABŞ-ın açıq-aşkar surətdə ədalətsiz, köhnəlmiş və s. dedikləri ÜTT-nin gələcəyi ilə bağlı təhlükəni tam ciddiyyətlə qarşımıza çıxarır", - XİN başçısı deyib.