İnstagramda şəkil paylaşdı, ölümlə hədələndi FOTO


Digərləri 03 Sen 2018 15:21:00 357 0

İnstagramda şəkil paylaşdı, ölümlə hədələndi  FOTO

Londonlu Skarlet London sosial şəbəkələrdə trollinqə və ölüm təhdidlərinə məruz qalıb. O, polisə ünvanladığı şikayətində belə deyib.

Səbəb isə 24 yaşlı Skarletin İnstagram-dakı profilində paylaşdığı fotodur.

Yataq otağında çəkilmiş fotoda Skarlet çarpayıdadır. Çarpayının üzərində iki çiyələk qoyulmuş nimçə, kətə dolu qab var. Divarlardan şarlar asılıb, Skarletin əlində isə fincan var.

Skarlet bu fotonu "İdeal səhər" adlandırıb və yazıb: "Ən yaxşı günlər təbəssümdən və pozitiv fikirlərdən başlayır. Və çiyələk. Və çay".

Foto paylaşılandan sonra Skarlet təhqir olunub, aşağılanıb, hədələnib.


Xəbərə aid fotolar