Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının İcraiyyə Komitəsinin üzvləri Tehranda toplaşıblar FOTO


Digərləri 03 Sen 2018 14:53:46 407 0

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının İcraiyyə Komitəsinin üzvləri Tehranda toplaşıblar  FOTO

Sentyabrın 2-də İran İslam Respublikasının paytaxtı Tehranda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 43-cü iclası işə başlayıb. İclas sentyabrın 4-dək davam edəcək.

Son.az bildirir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun iclasdan əvvəl Monqolustanın "Montsame" Milli Xəbər Agentliyinin informasiya texnologiyaları və istehsalı şöbəsinin müdiri Onan Daşdorj, Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru Nguyen Duk Loi, İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşemi və Koreya Respublikasının Yonhap Agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru xanım Kim Jinhyunq ilə görüşləri olub.

Görüşlərdə AZƏRTAC-ın sədrliyi dövründə OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Agentliyin irəli sürdüyü bir sıra təkliflər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin OANA-nın daimi katibliyinin, təlim akademiyasının, qurumun maliyyə vəsaitinin düzgün yönləndirilməsi üçün komissiyanın yaradılmasının, foto və digər müsabiqələrin keçirilməsinin vacibliyi barədə razılığa gəlinib.

Monqolustanın "Montsame" Milli Xəbər Agentliyinin şöbə müdiri Onan Daşdorj 2021-ci ildə "Montsame"nin 100 illik yubileyinin qeyd olunacağını bildirib və bununla əlaqədar OANA-nın İcraiyyə Komitəsinin toplantısının 2020-ci ildə Ulan-Batorda keçirilməsinə kömək göstərilməsini xahiş edib.

Vyetnam Xəbər Agentliyinin baş direktoru Nguyen Duk Loi ilə keçirilən görüşdə AZƏRTAC ilə VNA agentliyi arasında qarşılıqlı əlaqələrin perspektivləri müzakirə edilib. Nguyen Duk Loi bildirib ki, Vyetnam hökuməti OANA-nın İcraiyyə Komitəsinin toplantısının 2019-cu ildə Xanoyda keçirilməsini təklif edir.


Xəbərə aid fotolar