Heydər Əliyev Sarayında “Şanson gecəsi” adlı konsert proqramı keçiriləcək


Kriminal 03 Sen 2018 14:49:00 363 0

Heydər Əliyev Sarayında “Şanson gecəsi” adlı konsert proqramı keçiriləcək

Oktyabrın 16-da Heydər Əliyev Sarayında “Şanson gecəsi” adlı konsert proqramı keçiriləcək

Oktyabrın 16-da Heydər Əliyev Sarayında "Şanson gecəsi" adlı konsert proqramı keçiriləcək.

Son.az bildirir ki, konsertdə tanınmış şanson ifaçıları Cəlal Abbasov, Ceyhun Bakinskiy, Hava Dolev, Flora Eyvazova "Florensiya", Şakir Mərdanov, Şamil Kərimov, Oleq Selin, Bayram Cəlilov və başqaları iştirak edəcəklər.

Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunacaq. Müğənnilər konsertdə hər zaman populyarlığını saxlayan "Şanson" janrında mahnılarla yenidən bakılıları və şəhərimizin qonaqlarını sevindirəcəklər. Saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir.