Çörək bahalaşa bilər Rusiyada
Dünya 03 Sen 2018 14:35:00 259 0
Rusiyada taxıl şirkətləri və istehsalçılar çörək qiymətlərinin arta biləcəyi barədə xəbərdarlıq edib.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu ilin oktyabr ayında çörəyin qiymətinin 10 faiz artımı proqnozlaşdırılır.
Mütəxəssislərin fikrincə, bahalaşma valyuta məzənnələrinin dəyişməsi və taxıl proqnozlarının azalması fonunda baş verəcək.
Mənbə: milli.az