Real futbolçusunun başını dişlədilər


İdman 03 Sen 2018 14:36:00 246 0

Real futbolçusunun başını dişlədilər

İspaniya Segunda-sında Atletico və Real-ın əvəzedici komandaları arasında baş tutan derbidə maraqlı insident yaşanıb. Goal.az xəbər verir ki, epizodların birində Atletico-nun kapitanı Taki rəqibi ilə mübarizə zamanı özündən çıxıb. O, oyunun 80-ci dəqiqəsində Real-ın yeni transferi Junior Vinisiusun başını dişləyib. Matç 2:2 hesabıyla bitib. Real Castilla-nın qollarını Junior Vinisius vurub.

Real Vinisiusu 45 milyon avro qarşılığında Braziliyanın Flamengo klubundan transfer edib. “Kral klubu” 18 yaşlı futbolçunu təcrübə qazanması üçün B komandası olan Castilla-ya göndərib.