Saray postunda 30 avtomobil saxlanıldı FOTO


Digərləri 03 Sen 2018 14:01:00 306 0

Saray postunda 30 avtomobil saxlanıldı  FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postda (Saray postu) yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq, kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması məqsədi ilə tədbir keçirilib.

DİN-dən Son.az-a verilən məlumata görə, tədbir zamanı 30-a yaxın avtomobil saxlanılıb. Onların arasında uzaq məsafələrə sərnişin daşımaqla məşğul olan mikroavtobuslar da olub. YPX əməkdaşları tərəfindən mikroavtobus sürücüləri ilə söhbətlər aparılıb, sənədlərinin qaydasında olmasına nəzər yetirilib.

Tədbir zamanı avtomobili sərxoş idarə edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbir görülüb. Həmçinin postun ərazisində olan həkim briqadası bir neçə sürücünü tibbi müayinədən keçiriblər.


Xəbərə aid fotolar