Tanınmış azərbaycanlı aparıcıda qan xərçəngi aşkarlandı


Digərləri 03 Sen 2018 14:05:13 236 0

Tanınmış azərbaycanlı aparıcıda qan xərçəngi aşkarlandı

Ölkəmizin tanınmış jurnalistlərindən olan Nigar İsmayılqızıda Leykoz (qan xərçəngi) xəstəliyinin ağır forması aşkarlanıb.

Son.az xəbər verir ki, bununla bağlı azxeber.com-a danışan Nigarın bacısı Aytən İsmayılova bildirib ki, hər şey anidən olub: 

"Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. Hər gün bu halsızlıq artırdı və biz onu müayinə etdirdik. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər inanılmaz dərəcədə çoxalıb. Yəni normal insanda olandan təxminən 100 dəfə çox. Bundan sonra ona təcili qan köçürməyə başladıq. Baxmayaraq ki, qan köçürürük, Nigarın vəziyyəti günü-gündən pisləşir".

Bu gün Nigarı Türkiyəyə gətirdiklərini deyən bacısı hazırda onu "Hacettepe" xəstəxanasına yerləşdiklərini deyir: