Deputat: "Soçidə səsləndirilən fikirlər AzərbaycanRusiya münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir"


Digərləri 03 Sen 2018 13:58:09 266 0

Deputat: "Soçidə səsləndirilən fikirlər AzərbaycanRusiya münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərir"

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Soçidə səsləndirilən fikirlər və imzalanan müqavilələr Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.

Son.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır:

"2017-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib ki, hazırda ölkəmizdə təxminən 700 birgə müəssisə fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla fəaliyyət göstərir. Həmçinin iki ölkənin hərbi-texniki əməkdaşlığı inkişaf edir. Elə Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçməsi bu sahədəki dinamizmin göstəricisidir".