Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası


Dünya 03 Sen 2018 13:41:00 203 0

Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası

"Arinç mall" ticarət mərkəzinin əməkdaşları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Son.az report-a istinadən xəbər verir ki, onlar idxal olunan geyimlərə xidmət haqqının artırılmasına etiraz edirlər.

Bildirilib ki, Ermənistanın gömrük sərhəd məntəqəsində idxal olunan xarici geyimlərin hər kiloqramına 2 dollardan çox rüsum alınır. İndiyədək hər kq üçün 2 dollar rüsum təşkil edib, hazırda bu rəqəm 3 dollaradək qaldırılıb.