Bakının əsas yollarından birində hərəkət məhdudlaşdırılır


Digərləri 03 Sen 2018 12:46:00 247 0

Bakının əsas yollarından birində hərəkət məhdudlaşdırılır

Neftçilər prospektində, Bakı Limanına gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar bu gündən başlayaraq 3 gün ərzində təmir-bərpa işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.