Azərbaycan Beynəlxalq Bankı regional İnkassasiya Mərkəzi yaratdı (FOTO)


Digərləri 03 Sen 2018 12:34:00 322 0

Azərbaycan Beynəlxalq Bankı regional İnkassasiya Mərkəzi yaratdı (FOTO)

Yevlax rayonunda bankın İnkassasiya Mərkəzi yaradılıb.

Bakı. Azərbaycan Beynəlxalq Bankı fəaliyyətin optimallaşdırılması, əhaliyə bank xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə inkassasiya sisteminin təkmilləşdirilməsi istiqamətində də tədbirlər həyata keçirir. Bu prosesin davamı kimi Yevlax rayonunda bankın İnkassasiya Mərkəzi yaradılıb. İlkin mərhələdə Mərkəz Yevlax, Tərtər, Ağdam, Ağdaş rayonlarında, eləcə də Mingəçevir şəhərində olan bankomatlara xidmət göstərəcək. Ümumilikdə isə ətraf rayonlardakı bankomatlar da daxil olmaqla mərkəzin 115 bankomatın inkassasiyasını həyata keçirməsi nəzərdə tutulur. Belə bir mərkəz regionda inkassasiya işinin mərkəzləşdirilmiş qaydada, yüksək təhlükəsizlik şəraitində və operativ rejimdə həyata keçirilməsinə imkan verəcək.