Bilik Fondu Neftçalada yüksək bal toplayan tələbələrlə görüş təşkil etdi (FOTO)


Digərləri 03 Sen 2018 12:11:00 228 0

Bilik Fondu Neftçalada yüksək bal toplayan tələbələrlə görüş təşkil etdi (FOTO)

Azərbaycan Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, yüksək bal toplayanlarla görüş keçirir və onları bu yüksək nəaliyyətlərinə görə təbrik edir.

Bakı. Bu il ali məktəblərə yüksək ballarla qəbul faizi ötən illərlə nisbətdə artıb. Bu artım qəbul imtahanlarında 700 bal toplayanlarla müqayisədə özünü daha qabarıq göstərib. Azərbaycan Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, yüksək bal toplayanlarla görüş keçirir və onları bu yüksək nəaliyyətlərinə görə təbrik edir. Fonddan Trend-ə verilən məlumata görə, sentyabrın 1-də belə bir görüş Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilib. Fondun yerli nümayəndəsi, Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru Ülvi Fərzəliyevin təşəbbüsü və Fondun təşkilatçılığı ilə rayonun yüksək bal toplayan tələbələri, onların valideynləri, icra hakimiyyəti nümayəndələri, müəllimlər və yaxın bölgələrdə fəaliyyət göstərərən jurnalistlər “dəyirmi masa” ətrafına toplaşıblar. Fondun yerli nümayəndəsi görüşü açaraq, təmsil etdiyi qurumun gənclər və yeniyetmələrlə birgə həyata keçirdiyi layihələrdən danışıb, gələcəkdə yerli nümayəndələrin fəaliyyətində intensivliyin və effektivliyin artırılması məqsədilə hazırlanmış planın icra mexanizmlərini diqqətə çatdırıb. Bildirib ki, Fond gənclərlə əlaqələrinin daha sıx müstəvidə qurulmasının vacibliyini əsas götürərərək, dərnəklər və klublar təsis edib, bu çərçivədə mühüm işlər görülüb. Neftçala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətşisi Elnur Bağırıov rayon rəhbərliyinin təhsilin inkişafı istiqmətində dövlət səviyyəsində həyata keçirilən islahatlara yaxından dəstək verdiyini, şagirdlərin yüksək dərəcədə təhsil almaları üçün bir sıra tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Fondla yerli İcra Hakimiyyəti arasında geniş əlaqələrin bundan sonra daha da genişlənəcəyinə inamını ifadə edən E.Bağırov rayon gənclərinin bu il ali məktəblərə qəbul olma səviyyəsinin statistikasını açıqlayıb. Əməkdar müəllim Seyran Səfərov nəinki Neftçala rayonunun, bütün ölkənin yüksək bal toplayan tələbələrlə fəxr etdiyini deyib. Qeyd edib ki, rayonun yüksək balla ali məktəbə qəbul olan məzunları orta məktəbədə oxuduqları illərdə artıq özləri barələrində müsbət fikir formalaşdırıblar. Gələcəyin daha da işıqlı olacağına əminliyini bildirən S.Səfərov savadlı mütəxəssilərin yetişməsində dövlət qayğısının kifayət qədər böyük olduğunu deyib və ictimaiyyəti indiki nəslə güvənməyə çağırıb. Tədbirdə Bilik Fondunun mətbuat katibi, jurnalistika üzrə “Tərəqqi” mükafatına layiq görülmüş Ceyhun Musaoğlu “Seçdiyiniz peşəni sevin” mövzusunda hazırladığı məruzəsinə başlamazdan öncə valideynləri və müəlimləri təbrik edib. Bildirib ki, hər üç tərəfin – şagird, valideyin və müəllimin sağlam əqidə ətarfında birliyi mütləq yüksək nəticə verməliydi.