Növbəti üç günün HAVA PROQNOZU


Digərləri 03 Sen 2018 12:07:28 222 0

Növbəti üç günün HAVA PROQNOZU

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisinin əksər rayonlarında hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir: "Lakin səhər və axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".