Qida Təhlükəsizliyi Agentliyi Rusiyada yayılan yoluxucu xəstəliklərlə bağlı xəbərdarlıq etdi


Digərləri 03 Sen 2018 11:56:00 230 0

Qida Təhlükəsizliyi Agentliyi Rusiyada yayılan yoluxucu xəstəliklərlə bağlı xəbərdarlıq etdi

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.

Bakı. İlhamə İsabalayeva - Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib. Agentlikdən Trend-ə verilən məlumata görə, xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında Nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması müəyyən edilib.