Kabildə deputatlığa namizəd öldürüldü


Dünya 03 Sen 2018 10:49:03 186 0

Kabildə deputatlığa namizəd öldürüldü

Əfqanıstan parlamentinə deputat seçilməyə namizəd Ənvər Niyazi dünən gecə paytaxt Kabildəki terror hücumu nəticəsində öldürülüb.

Son.az report-a istinadən xəbər verir ki, Ə.Niyazinin getdiyi avtomobili maqnitli bomba ilə partladılıb. Siyasətçini müşayiət edən üç nəfərin yaralandığı bildirilir.

Hələlik ölkə daxilində fəaliyyət göstərən hökumət əleyhinə olan qruplaşmalardan heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.