Dünyanın ən məşhur muzeylərindən biri


Digərləri 03 Sen 2018 10:03:00 218 0

Dünyanın ən məşhur muzeylərindən biri

Dünyanın ən məşhur muzeylərindən biri sayılan Braziliya Milli Muzeyində güclü yanğın olub.

Son.az El Mundo-ya istinadən bildirir ki, Rio de Janeyro şəhərində yerləşən və 20 milyondan artıq nadir eksponatın saxlandığı muzey yanıb kül olub.

Muzey əməkdaşları və ya ziyarətçilər arasında tələfatla bağlı məlumat hələlik yoxdur.

Bir zamanlar Portuqaliya kral ailəsinin iqamətgahı olmuş binada yerləşən muzeyin bu il 200 illik yubileyi qeyd olunmuşdu.

Muzeydə iş günü başa çatandan sonra başlanmış yanğının səbəbi bəlli deyil.


Xəbərə aid fotolar