Azərbaycanda əhalinin 33 faizi siqaret çəkir


Digərləri 03 Sen 2018 08:40:00 242 0

Azərbaycanda əhalinin 33 faizi siqaret çəkir

Azərbaycanda 15 və yuxarı yaşda olan əhalinin 33,1 faizi siqaret çəkir.

Son.az Trend-ə istinadən bildirir ki, 2017-ci ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, bu statistik göstəricinin hamısı kişilərin payına düşüb (ölkədə siqaret çəkən qadınların sayı çox kiçik rəqəmlərlə ifadə olunduğundan statistikada əksini tapmayıb).

Siqaret çəkən kişilərin 0,1 faizi 15-19 yaşlı, 26,4 faizi 20-44 yaşlı, 50 faizi 45-64 yaşlı, 36 faizi yaşı 65-dən çox olanlardır.