Bakıda avtomobil magistral yolda 38 yaşlı qadını vurub


Digərləri 03 Sen 2018 08:48:00 223 0

Bakıda avtomobil magistral yolda 38 yaşlı qadını vurub

Bakıda magistral yolda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Bakı-Qazax yolunun Lökbatan qəsəbəsindən keçən hissəsində yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Əzimova Pərvanə Sabir qızını minik avtomobili vurub. Yaralı ağır xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.