Azərbaycanda valideynlər uşaqlar arasındakı mübahisəyə görə dava edib, bıçaqlanan var


Kriminal 03 Sen 2018 07:41:00 302 0

Azərbaycanda valideynlər uşaqlar arasındakı mübahisəyə görə dava edib, bıçaqlanan var

Hacıqabul rayonunda uşaqlar arasında yaranan mübahisə valideynlərin davasına səbəb olub.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Atbulaq qəsəbəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü İsrafilov Azad Bəybala oğlu həyətdə oynayan oğlununun qonşuluqda yaşayan uşaq tərəfindən döyüldüyünü görüb. O, həmin uşağı tənbeh edib. Bu zaman dava edən uşağın atası A.İsrafilova iradını bildirib. O, bundan sonra A.İsrafilovun ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub.