Avtomobil piyadanı vurub


Digərləri 03 Sen 2018 07:28:00 224 0

Avtomobil piyadanı vurub

Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə rayonun "Kiraz yolu" adlanan ərazisindəki marketlərdən birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən rayon sakini Sadıqov Fərid Çingiz oğlunu vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.