Arıçılığın inkişafı üzrə yeni layihə həyata keçiriləcək Bu dəfə qadınlar arasında


Digərləri 03 Sen 2018 07:14:00 213 0

Arıçılığın inkişafı üzrə yeni layihə həyata keçiriləcək  Bu dəfə qadınlar arasında

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində arıçılığın bərpası və inkişafı çox uğurla həyata keçirilir. Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, bu regionda arıçılığın inkişafı üçün tamamilə əlverişli şərait var və gələcəkdə layihə genişləndirilə bilər:

"Layihə Türkiyənin Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyi - TİKA ilə birgə tamamilə uğurla həyata keçirilir. Artıq arı ailələrinin verilməsi prosesi başa çatıb. Bunun üçün 15 arıçı seçilib və hər birinə 10 arı ailəsi verilib. Arıların verilməsinədək biz treninqlər keçirmişik. Payızda, qış ərəfəsində monitorinq keçirməyi də planlaşdırırıq. Ümid edirik ki, bu layihənin reallaşdırılması nəticəsində seçilmiş ailələr arıçılıqla ciddi şəkildə məşğul olacaq və özlərini sabit gəlirlə təmin edə biləcəklər. Bu zona arıçılıq üçün çox əlverişlidir, ona görə də gələcəkdə daha 15 ailəyə arı vermək istəyirik".

Assosiasiya rəhbəri əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanın şimal-qərb bölgələrində daha bir pilot layihə - qadınlar arasında arıçılığın inkişafı üzrə layihənin həyata keçirilməsi planlaşdırılır: