“Barselona” debütantı meydana çıxmağa peşman edib (VİDEO)


Digərləri 03 Sen 2018 05:59:00 254 0

“Barselona” debütantı meydana çıxmağa peşman edib  (VİDEO)

İspaniya La Liqasının III turunun "Barselona" - "Ueska" görüşündə on qol vurulub

Bakı. Tural Turan - İspaniya La Liqasının III turunun "Barselona" - "Ueska" görüşündə on qol vurulub. Trend-in məlumatına görə, görüş meydan sahiblərinin 8:2 hesablı qələbəsi ilə başa çatıb. 3-cü dəqiqədə hesabı qonaqlardan Xuan Kamilo Ernandes açıb. Lakin ev sahibləri vəziyyəti dəyişə bilib. “Barselona”nın qollarını Lionel Messi, Luis Suares (hər ikisi iki qol vurub), Usman Dembele, İvan Rakitiç və Jordi Alba vurub. Daha bir qol qonaqların öz qapısına vurması nəticəsində gerçəkləşib.