Övladlarını danlayan valideynlərə Həzrət Əlidən mühüm tövsiyə


Digərləri 02 Sen 2018 23:55:00 313 0

Övladlarını danlayan valideynlərə Həzrət Əlidən mühüm tövsiyə

Övlad tərbiyəsi çox mühüm bir məsələdir. Təbiidir ki, bütün valideynlər övladlarının xeyirli bir övlad olmasını, onların üzünü ağ etməsini, gözəl həyat yaşamasını istəyir. Amma bu istək təklikdə kifayət etmir. Çünki övladın gələcək həyatının necə formalaşmasında valideynin rolunun əhəmiyyəti inkar olunmazdır.

Bu sahədə valideynlərin üzərinə çox iş düşür. Valideynin hər bir işi, əməli, davranışı, hətta reaksiyası belə gələcəyin şəxsiyyəti olan övladda dərin iz buraxır. Qurani Kərim ayələri və hədislər övlad tərbiyəsində valideyni birbaşa məsul bilir, doğru yolu və qurtuluşu yalnız Allahın "ipinə" möhkəm sarılmağda görür:

"Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). (Təhrim-66)

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu səbəbdən valideyn övlad qarşısında çox diqətli olmalı, hər mövzuda həssaslığı əldən verməməlidir. Valideyn hər bir halda orta mövqeyi seçməyi bacarmalıdır. Uşağı tam sərbəst buraxmadığı kimi, onu həddən artıq danlayıb yomamalıdır. Çünki kiçik olsa belə o da bir şəxsiyyətdir. Həzrət Əli (ə) bu həssas mövzuda valideynlərə önəmli bir tövsiyə buyurur: