Bakıda avtomobil 28 yaşlı oğlanı vurub


Digərləri 02 Sen 2018 23:57:00 203 0

Bakıda avtomobil 28 yaşlı oğlanı vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1990-cı il təvəllüdlü Dadaşov Babək Novruz oğlu Binəqədi-Novxanı yolunda naməlum avtomobil tərəfindən vurulub.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.