Şamaxıda toyda dava olub,


Digərləri 02 Sen 2018 23:59:00 267 0

Şamaxıda toyda dava olub,

Şamaxıda toyda dava olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Kərkənc kəndində baş verib.

Kənddə keçirilən toy mərasimində baş verən davada, 1977-ci il təvəllüdlü Xaqani Oktay oğlu Rüstəmov bir neçə həmyerlisi tərəfindən döyülüb. Nəticədə o, ağır xəsarət alıb.

X.Rüstəmov yaxınları tərəfindən Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.